AZ

Arda Turanın komandası Türkiyə Superliqasına vəsiqə qazanıb

Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor” Türkiyə Superliqasına vəsiqə qazanıb.
Ednews xəbər verir ki, adıçəkilən komandanın I Liqada sona 5 tur qalmış mövsümü ilk iki pillədə başa vuracağı rəsmiləşib.
“Eyüpspor” XXIX turda öz meydanında “Altay” üzərində 4:1 hesablı qələbə qazanıb. 67 xalla turnir cədvəlinə başçılıq edən komandanı 56 xalla “Göztəpə” və 50 xalla “Sakaryaspor” izləyirlər.

Seçilən
152
14
Mənbələr
Şərh ()
Bağla