"Yuventus" İtaliya A seriyasında 31-ci tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, Turin təmsilçisi "Fiorentina"nı qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Yuventus" - "Fiorentina" - 1:0
Qol: Qatti, 21
Bu qələbə ilə xalını 62-yə (31 oyun) çatdıran "Yuventus" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Siyahıya 79 xalla (30 oyun) "İnter" başçılıq edir. "Milan" 68 xalla (31 oyun) 2-cidir.