AZ

Kərim Benzema: “Mənə dəstək lazımdır, tək bacarmıram”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Əl-İttihad”ın fransalı ulduzu, mərkəz hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanı komandasındakı çıxışı haqda danışıb.

Arena.az “Madrid Universal” dərgisinə istinadən məlumat verir ki, Benzema “Real”da göstəridiyi səmərəni nə səbəbə “Əl-İttihad”da icra edə bilməməsinə ayınlıq gətirib:

“Amil budur ki, bu, fərqli bir adla tamamilə fərqli bir komandadır. Mənə kömək lazımdır. Meydanda mənə kömək edəcək biri lazımdır. Mən təkbaşına qələbə gətirməyəcəyəm. Mənə başqa oyunçular və bəzi başqa şeylər gərəkdir”, deyə Benzema vurğulayıb.

Kərim Benzema “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulub. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. Kərim “Əl-İttihad”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Benzema “Əl-İttihad”ın heyətində bütün yarışlarda 26 oyuna 12 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.

Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “Kral klubu”nda 14 mövsüm keçirib. Benzema “qaymaqlılar”ın heyətində ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.

Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub yarışlarının qənimətləri var.

Kərim Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Bemzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib.

Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.

“Transfermarkt” internet-portalı 35 yaşlı fransalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
208
1
1

1Mənbələr

Şərh ()
Bağla