AZ

Benzema dilə gəldi: "Təkəm, mənə kömək lazımdır"

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema Səudiyyə klubundakı çıxışının “Real”da göstərdiyi performansdan niyə fərqli olduğunu açıqlayıb.

Gundem.az xəbər verir ki, “Madrid Universal” “X” sosial şəbəkəsində Benzemadan sitat gətirib.





“Fakt budur ki, bu, fərqli bir adla tamamilə fərqli bir komandadır. Mənə kömək lazımdır. Meydanda mənə kömək edəcək biri lazımdır. Mən təkbaşına qələbə gətirməyəcəyəm. Başqa oyunçular və başqa detallar lazımdır”, – paylaşımda deyilir.

Xatırladaq ki, 36 yaşlı futbolçu ötən yay “Real Madrid”dən “Əl-İttihad”a keçmişdi. Bu müddət ərzində o, bütün turnirlərdə 26 matçda iştirak edib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
35
gundem.az

10Mənbələr