RU

"Gilan"la bağlı nə baş verir? - Adı dəyişdirildi, ləğv edildi, indi də məhkəməlik oldu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu deyilən "Gilan Holdinq"lə bağlı problemlər bitmir. 

Qaynarinfo xatırladır ki, 2022-ci ildə şirkətin nizamnamə kapitalı 98 483 064 AZN-dən 100 AZN-ə endirildi. Bir il sonra isə "Gilan Holdinq"in adı dəyişdirilidi. Şirkət "Xəzri Solutions" MMC kimi fəaliyyət göstərməyə başladı. 

Lakin bu fəaliyyət uzun sürmədi. Bir neçə ay sonra şikrət ləğv olunduğu elan etdi. Hazırda "Xəzri Solutions" MMC ləğv prosesindədir. 

Baş verənlər şirkətin Kəmaləddin Heydərovun nəzarətindən çıxması kimi şərh edildi. Bəzi mülahizələrə görə isə "Gilan Holdinq"lə bağlı proseslər şirkətin sadəcə əvvəlki fəaliyyət gücündə olmaması ilə əlaqədardır. 

"Xəzri Solutions" MMC ilə bağlı yeni problem isə onun Rusiya şirkəti tərəfindən məhkəməyə verilməsidir. Söhbət "AECOM EXP Limited" şirkətindən gedir. 

Bu şirkətin Azərbaycandakı filialı "Xəzri Solutions" MMC ilə bağlı iddia qaldırıb. İşin mahiyyəti bəlli olmasa da, ehtimal edilir ki, məhkəmə çəkişməsi müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlıdır. 

İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun icraatındadır. Şikayəti Rusiya şirkətinin verdiyi bildirilir. 

Bu arada, Rusiya şirkəti "Xəzri Solutions" MMC ilə yanaşı, onun rəhbəri Mübariz Hüseynovu da məhkəməyə verib. 

Seyid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
149
49
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22982
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14431
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
14065
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11359
Helikopterin qalıqları tapılıb
8965
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7992
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6987
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6663
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5177
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4791
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
4168
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4091
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3836
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3549
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2807
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2078
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1621
Azərbaycan nefti ucuzlaşdı
1618
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1580
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1355