AZ

Rostovda partlayışlar baş verib

Rostov şəhərinin kənarındakı Donun sol sahilində böyük yanğın başlayıb.

 

161.RU Rostov News hadisə şahidlərinə istinadən xəbər verir ki, alov sənaye zonasının yerləşdiyi Luqovaya küçəsi ərazisində baş verib.

 

Şəhər sakinlərinin sözlərinə görə, yanğın ən azı üç güclü partlayışla müşayiət olunub.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, saat 18:46-da 2-ci Luqovaya, 34 ünvanında anqarın yanması barədə məlumat daxil olub.

 

Nazirlikdən verilən məlumata görə, yanğının sahəsi 1000 kvadratmetr olub.

 

Saat 19:35-də yanğın lokallaşdırılıb.

 

Ölən və yaralanan olmayıb.

 

Hava hücumundan müdafiə əməliyyatları və ya dron hücumları barədə məlumat yoxdur.

 

Nigar

Seçilən
186
49
Mənbələr
Şərh ()
Bağla