Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, TOYOTO markalı avtomaşının sürücüsü Şakir Şeybiyev həmin istiqamətdə hərəkətdə olarkən, yolu keçmək istəyən rayon sakini 2008-ci il təvəllüdlü Qasımova Xalisə Xudat qızını vurub.
Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu