AZ

Güclü külək Kürdəmirdə ağacları aşırdı - FOTO

Bölgələrdə qeyri-sabit hava şəraiti davam edir. Belə ki, ötən gündən əsməyə başlayan güclü külək Kürdəmir rayonunda sakinlər üçün çətin anlar yaşadıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, külək rayonun Bakı və Heydər Əliyev prospektlərində iri gövdəli ağacları kökündən qoparıb və piyadaların və sürücülərin gediş gəlişi üçün çətin anlar yaşadıb.


Hazırda rayonda aidiyyatı qurumların texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub və yaranmış fəsadların aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.

Kürdəmir rayon yaşıllaşdırma idarəsinin müdiri Seymur Bünyatov  Bizim.Media-nın yerli bürosuna bildirilib ki, güclü külək səbəbindən idarənin bütün texnikası və şəxsi heyəti əraziyə səfərbər olunub:


"Əgər əsən güclü külək hər hansı bir fəsad yaradarsa, dərhal tərəfimizdən lazımi tədbirlər görüləcək".

Qeyd edək ki, hazırda rayon ərazisində güclü külək əsməkdə davam edir və sürücülərə və piyadalara  irigövdəli ağacların altında dayanmamaları tövsiyyə olunur.









Bizim.Media, Aran bürosu
 

Seçilən
85
50
Mənbələr
Şərh ()
Bağla