AZ

Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub

Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, TOYOTO markalı avtomaşının sürücüsü Şakir Şeybiyev həmin istiqamətdə hərəkətdə olarkən, yolu keçmək istəyən rayon sakini 2008-ci il təvəllüdlü Qasımova Xalisə Xudat qızını vurub.
Nəticədə piyada müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. 
Hazırda fakt araşdırılır.

Seçilən
75
1
Mənbələr
Şərh ()
Bağla