AZ

Kürdəmirdə ağır QƏZA: Xəsarət alan var 

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunda qeydə alınıb. 

Belə ki, rayonun Topalhəsənli kənd sakini, 1995-ci il təvəllüdlü sürücü İsmayılov Elxan Nemət oğlu “HYUNDAİ” markalı maşınla həmin yolda hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxıb. Hadisə zamanı sürücü Elxan İsmayılov müxtəlif dərəcəli bədən xəsarəti alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Fakt araşdırılır. 

Bizim.Media, Aran bürosu
 

Seçilən
126
4
Mənbələr
Şərh ()
Bağla