Bu gecə keçirilən oyunlar arasında əsas diqqətçəkəni “Los-Anceles Leykers”lə “Boston Seltiks” arasında olub. MBA-nın ən titullu iki komandası Kaliforniyada qarşılaşıb.
Görüşdən əvvəl Lebron Ceyms Madrid “Real”ı və futbol üzrə Braziliya milli komandasının ulduzu Vinisius Juniorla görüşüb. İdmançılar bir-birinə üzərində avtoqraflarının olduğu formalarını hədiyyə ediblər.
Görüşdə qonaqlar qələbə qazanıblar. Latviyalı basketbolçu Kristof Porzingisin qayıdışı onlara xeyli fayda verib. Mərkəz basketbolçusu görüşdə dabl-dabl edib.
Digər oyunlar arasında “Denver Naggets”in “Qolden Steyt Vorrios”u məğlub etməsini qeyd etmək olar.