AZ

"Real Madrid" həkimini qovdu - Bellingemə görə 

"Real Madrid" klubun həkimi Niko Mihiçlə yollarını ayırıb. 


Referans.az xəbər verir ki, informasiyanı "Relevo" yayıb.


Mənbənin məlumatına görə, buna səbəb həkimin ulduz futbolçusu Cud Bellingemin zədəsinə yüngül yanaşması olub. 


Noyabrın əvvəlində Bellingemin çiyni çıxıb. Lakin Mihiçlə məsləhətləşdikdən sonra o, Çempionlar Liqasında Portuqaliya təmsilçisi "Braqa"a ilə oyun üçün heyətə daxil edilib. Daha sonra Tibo Kurtua və Eder Militaonu əməliyyat edən başqa bir həkim - Manuel Leyes Bellinghemin "Braqa" ilə oyun üçün heyətə salınmamalı olduğunu rəhbərliyə çatdırıb. O, ingilislərin fiziki hazırlığını önə çəkərək, "Real"lıları Cudun zədəsinin təkrarlanma riskinə inandırıb.


Nəticədə "Kral klubu"nun prezidenti Florentino Peres "Bellingemin zədəsini çox yüngül sayan" Mihiçi işdən çıxarmaq qərarına gəlib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
29
oxu.az

10Mənbələr