AZ

Toma Mönye: “Artıq çəkiyə görə cərimə ödəyəcəyik”

Dortmund “Borussiya”sının belçikalı sağ cinah müdafiəçisi Toma Mönye komandada artıq çəkiyə görə nəzərdə tutulmuş cəza haqda danışıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən Mönyenin bu barədə sözlərini təqdim edir:

“Son məşqdə çəkimizi ölçdülər, fasilədən sonra da çəkiölçmədən keçəcəyik. Müəyyən həddən sonra hər 100 qram artıq çəkiyə görə futbolçu 1000 avro məbləğində cərimələnəcək”, deyə Mönye bildirib.

Xatırladaq ki, Almaniya Bundesliqası yanvarın 12-dək davam edəcək qış fasiləsinə çıxıb. Mövsümün ilk yarısından sonra 16 oyundan 42 xal toplamış “Bayer” (Leverkuzen) Bundesliqanın turnir cədvəlinə başçılıq edir. “Bayern” 15 oyundan 38 xal toplayıb, “Ştutqart”ın 16 oyundan 34 xalı, “Leypsiq”in isə 33 xalı var.

Toma Mönye Dortmund “Borussiya”sına 2020-ci ilin iyulunda PSJ-dən azad agent qismində keçib. Mönyenin “qara-sarılar”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Mönye dortmundluların heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Mönye “Borussiya” ilə 2020/2021 mövsümündə Almaniya Kubokunun qalibi olub.

Toma 2013-cü ilin noyabrında debüt etdiyi Belçika yığmasının heyətində 62 oyuna 8 qol vurub, 16 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı sağ cinah müdafiəçisi Toma Mönyenin transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
227
29
arena.az

10Mənbələr