Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının pley-off mərhələsində Bakıda Portuqaliya ilə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, yığma “Liv Bona Dea Arena”dakı matçda rəqibinə 1:4 hesabı ilə məğlub olub.
Millinin yeganə qolunu 58-ci dəqiqədə Nazlıcan Parlak rəqib qapısından keçirib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 29-da Portuqaliyada baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus-Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan-Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.