AZ

Millimiz bu gün Bakıda Portuqaliya ilə qarşılaşacaq

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının pley-off mərhələsində bu gün Bakıda Portuqaliya ilə qarşılaşacaq.

Rekord.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma rəqibini “Liv Bona Dea Arena”da sınağa çəkəcək.

Qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 29-da Portuqaliyada baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.

Avropa çempionatı
Pley-off mərhələsi, ilk oyun

25 oktyabr

16:00. Azərbaycan – Portuqaliya
Hakimlər: Fabyenn Mişel, Melissa Cus (Almaniya), Amina Sara Quçi (Avstraliya), Karolin Uoker (Almaniya).
"Liv Bona Dea Arena".

Seçilən
6
16
rekord.az

10Mənbələr