AZ

Millimiz Portuqaliyaya uduzdu

Azərbaycanın qadın futbolçulardan ibarət millisi Avropa çempionatının pley-off mərhələsində Bakıda Portuqaliya ilə qarşılaşıb.

Msport.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma “Liv Bona Dea Arena”dakı matçda rəqibinə 1:4 hesabı ilə məğlub olub.

Komandamızın yeganə qolunu 58-ci dəqiqədə Nazlıcan Parlak rəqib qapısından keçirib.

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 29-da Portuqaliyada baş tutacaq. Azərbaycan – Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus – Çexiya oyununda üstün olan tərəflə üz-üzə gələcək. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq. Azərbaycan – Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.

Seçilən
6
16
msport.az

10Mənbələr