Bakıda “Qarabağ” və Niderlandın “Ayaks” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.Baş hakim FIFA referisi Nikolas Uolş olacaq.Ona Qrem Stüart və Kalum Spensi kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kristofer Qrehem yerinə yetirəcək. VAR-da Kevin Klensi, AVAR-da Con Biton əyləşəcək.Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.@insanoidcom
Diqqət Çəkənlər
Penitensiar Xidmətin fəaliyyətində ciddi dəyişiklik müşahidə olunur
Dünyada ən çox yağış yağan ərazilər
Siqaret əsəbləri sakitləşdirir?