AZ

"Qarabağ" - "Ayaks" oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək

Bakıda \"Qarabağ\" və Niderlandın \"Ayaks\" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

AZXEBER.COM-un məlumatına görə, baş hakim FIFA referisi Nikolas Uolş olacaq.

Ona Qrem Stüart və Kalum Spensi kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kristofer Qrehem yerinə yetirəcək. VAR-da Kevin Klensi, AVAR-da Con Biton əyləşəcək.

Qeyd edək ki, \"Qarabağ\" - \"Ayaks\" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Seçilən
6
10
azxeber.com

10Mənbələr