AZ

"Qarabağ" - "Ayaks" oyununu bu hakimlər idarə edəcək

Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Modern.az-ın məlumatına görə, baş hakim FIFA referisi Nikolas Uolş olacaq.

Ona Qrem Stüart və Kalum Spensi kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kristofer Qrehem yerinə yetirəcək. VAR-da Kevin Klensi, AVAR-da Con Biton əyləşəcək.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Seçilən
5
10
modern.az

10Mənbələr