RU

Kilian Mbappe: “Madridə belə axşamları yaşamaq üçün gəlmişəm”

“Real”ın fransalı ulduz hücumçusu Kilian Mbappe “qaymaqlılar”ın heyətində Çempionlar Liqasında qarşıdakı mümkün debütü haqda söhbət açıb.

Arena.az “Marca” nəşrinə istinadən, fransalı futbolçunun bu barədə fikrini təqdim edir:

“Bu, mənim üçün çox vacib olacaq. İlk gündən dediyim kimi, Madridə belə axşamları yaşamaq üçün gəlmişəm. Nə etməli olduğumuza çox diqqət yetirdik, çünki Çempionlar Liqası çox dəyişib. İndi bu, qələbə ilə başlamalı olduğumuz yeni bir yarışdır”, deyə Mbappe vurğulayıb.

Xatırladaq ki, “Real” 2024/2025-ci illər mövsümündə Çempionlar Liqasına cari çempion qismində qatılacaq. “Kral klubu” ilk oyununda “Santyaqo Bernabeu”da “Ştutqart”ı qonaq edəcək. Oyun sentyabrın 17-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 4 qol vurub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
4
arena.az

10Источники