AZ

“Barselona”dan darmadağın…

...“Barselona” futbol üzrə İspaniya çempionatının 5-ci turu çərçivəsində səfərdə "Jirona"nı darmadağın edib.

SİA-nın əldə etdiyi məlumata görə, görüş 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Katalonların heyətində Lamin Yamal dubla, Daniel Olmo və Pedri hərəyə bir qola imza atıblar.

Meydan sahiblərinin heyətində Kristian Stuani fərqlənib.

Qeyd edək ki, 86-cı dəqiqədən yarımmüdafiəçi Ferran Tororesin meydandan qovulmasından sonra "Barselona" azlıqda oynayıb.

… "Barselona" 5 matçda 5-ci qələbəsini qazanıb və 15 xalla turnir cədvəlinə başçılıq edir. “Jirona” yeddincidir.

Nazlı Almuradova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
27
sia.az

10Mənbələr