AZ

Sevimli görünüşlü begemot balası interneti fəth etdi

Taylandda dünyaya gələn cırtdan begemot balası sevimli görünüşünə görə doğulduğu gündən ictimaiyyətin sevimlisinə çevrilib.

hakimiyyet.az "The Pattaya News"a istinadən xəbər verir ki, nadir növlərdən hesab olunan və Nong Mu Deng adı verilən hippopotam "Khao Khaeo" zooparkında yaşayır.

Balanın populyarlığı o qədər böyükdür ki, hətta onun təsviri olan adi əşyalar sosial şəbəkələrdə milyonlarla baxış toplayır.

Qeyd edək ki, cırtdan begemotlar adi həmcinslərindən 3-4 dəfə kiçik olurlar, onların çəkiləri isə təxminən 250-300 kiloqram arasında dəyişir.

Sevimli görünüşlü begemot balası interneti fəth etdi

Sevimli görünüşlü begemot balası interneti fəth etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
2
hakimiyyet.az

10Mənbələr