AZ

Ronaldo Mbappenin “nöqtəsini” qoydu: “Real” PSJ deyil”

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldo “qaymaqlılar”ın fransalı yeni ulduz hücumçusu Kilian Mbappe haqda fikrini bildirib.

Arena.az məlumat verir ki, Ronaldo özünün şəxsi “YouTube” kanalında söhbəti zamanı, fransalı ulduzun PSJ-dən fərqli olaraq, “Real”da daha çox təzyiq altında olduğunu bildirib.

O, buna rəğmən Mbappenin bu çətinliyin öhdəsindən gələcəyini vurğulayıb. Amma Ronaldo bu məsələdə bir “əmma” da qoyub ki, “Real” PSJ deyil”:

“Mbappe? “Real” PSJ deyil, sizi əmin edə bilərəm. Burada təzyiq tamamilə fərqlidir. Amma düşünürəm ki, o, uğur qazanacaq”, deyə “Kriş” vurğulayıb.

Xatırladaq ki, “Real” Mbappeni 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə qatıb. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 3 qol vurub.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, “Real”la UEFA Super Kubokunu qazanıb həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu isə Mbappenin dünyanın dörd ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
3
arena.az

10Mənbələr