RU

Viktor Osimhen “Qalatasaray”a keçidindən məmnundur

Nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen “Napoli”dən Türkiyə nəhəngi “Qalatasaray”ın düşərgəsinə keçməsinə münasibətini bildirib.

Arena.az xatırladır ki, nigeriyalı futbolçu bir mövsümlük ödənişsiz icarə əsasında İstanbul klubunda çıxış edəcək.

Türkiyə nəhəngində ilinə 6 milyon avro qazanacaq forvard bunları dilə gətirib:

“Qalatasaray” ailəsinin bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Mən hər şeyimi bu kluba vermək və belə heyrətamiz komanda və azarkeşlərlə bu yeni səyahətdən mütləq yararlanmaq intizarındayam. Bu klubun azarkeşləri üçün unudulmaz xatirələr yaratmağa hazıram”.

Xatırladaq ki, Osimhen daha əvvəl cari mövsüm üçün “Napoli”nin heyətindən kənarlaşdırılmışdı. “Napoli” komandanın hücum xəttini gücləndirmək üçün yay transfer pəncərəsinin sonlarında belçikalı mərkəz hücumçusu Romelu Lukakunu transfer etmişdi.

Viktor Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024-cü illər mövsümündə Osimhen “Napoli”nin heyətində bütün yarışlarda 32 oyuna çıxb, 17 qol vurub, 4 məhsuldar ötürmə verib. Osimhenin “Napoli”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 133 oyun, 76 qol, 18 məhsuldar ötürmə.

Osimhen “Napoli” ilə 2022/2023-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi olub. Həmçinin nigeriyalı hücumçu həmin mövsümdə 26 qolla yarışın ən sərrast futbolçusu və mövsümün oyunçusu adını qazanıb.

Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 35 oyuna çıxıb, 21 qol vurub, 11 məhsuldar ötürmə verib. Osimhen Nigeriyanın U-17 yığması ilə 2015 Dünya Kubokunun, U-23 yığması ilə 2015 Afrika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı nigeriyalı hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
67
6
arena.az

8Источники