AZ

“Napoli” Viktor Osimhenin gələcəyi ilə bağlı şərh verdi

“Napoli”nin idman direktoru Covanni Manna komandanın nigeriyalı hücumçusu Viktor Osimhenin mümkün gedişi ilə bağlı vəziyyəti şərh edib.

Arena.az “Sky Sports” dərgisinə istinadən, “Napoli” rəsmisinin bu barədə fikrini təqdim edir:

“Viktor vacib keyfiyyətlərə malik mühim oyunçudur və onun istəyi başadüşüləndir. Biz komandanın bütövlüyünü qorumaq istəyirdik və ümumi seçim etdik. Gəlin görək, yaxın günlərdə nələr baş verəcək.
Bu gün gözlənilməz məlumat vermək düzgün deyil. Onun daha iki mövsümlük müqaviləsi var. Əgər avqustun 30-na qədər həll tapılmasa, biz oğlanla danışacağıq”, deyə Manna vurğulayıb.

Xatırladaq ki, Osimhenlə bağlı vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. Daha əvvəl mətbuatda, “Çelsi”nin nigeriyalı hücumçunun keçidində maraqlı olduğu və futbolçunun satın alınması üçün “zadəganlar”ın belçikalı hücumçusu Romelu Lukakunu da bu sövdəyə daxil etməyə hazır olduğu barədə məlumat yayılmışdı. Bununla belə, klubların müvafiq mübadilə ilə müşayiət ediləcək transfer məbləği ilə bağlı razılığa gələ bilmədikləri vurğulanır.

Viktor Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024-cü illər mövsümündə Osimhen “Napoli”nin heyətində bütün yarışlarda 32 oyuna çıxb, 17 qol vurub, 4 məhsuldar ötürmə verib. Osimhenin “Napoli”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 133 oyun, 76 qol, 18 məhsuldar ötürmə.

Osimhen “Napoli” ilə 2022/2023-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi olub. Həmçinin nigeriyalı hücumçu həmin mövsümdə 26 qolla yarışın ən sərrast futbolçusu və mövsümün oyunçusu adını qazanıb.

Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 35 oyuna çıxıb, 21 qol vurub, 11 məhsuldar ötürmə verib. Osimhen Nigeriyanın U-17 yığması ilə 2015 Dünya Kubokunun, U-23 yığması ilə 2015 Afrika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı nigeriyalı hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
6
arena.az

8Mənbələr