AZ

Antonio Konte Viktor Osimhenin “nöqtəsini qoydu”

“Napoli”nin baş məşqçisi Antonio Konte hücumçu Viktor Osimhenin A Seriyasında mövsüm üçün heyətə qaytarılıb-qaytarılmayacağı haqda danışıb.

Arena.az “Football Italia” nəşrinə istinadən məlumat verir ki, italyan mütəxəssis nigeriyalı hücumçu barədə müvafiq sualı belə cavablayıb:

“Heç bir oyunçu heyətə yenidən daxil edilməyəcək. Layihədən kənarda qalmış oyunçular orada da qalacaqlar. Biz seçimimizi etmişik və eyni istiqamətdə birgə işləməyə davam edəcəyik”, deyə Antonio Konte vurğulayıb.

Xatırladaq ki, Osimhen daha əvvəl mövsüm üçün “Napoli”nin heyətindən kənarlaşdırılıb. “Napoli” komandanın hücum xəttini gücləndirmək üçün yay transfer pəncərəsinin sonlarında belçikalı mərkəz hücumçusu Romelu Lukakunu transfer edib.

Viktor Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024-cü illər mövsümündə Osimhen “Napoli”nin heyətində bütün yarışlarda 32 oyuna çıxb, 17 qol vurub, 4 məhsuldar ötürmə verib. Osimhenin “Napoli”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 133 oyun, 76 qol, 18 məhsuldar ötürmə.

Osimhen “Napoli” ilə 2022/2023-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi olub. Həmçinin nigeriyalı hücumçu həmin mövsümdə 26 qolla yarışın ən sərrast futbolçusu və mövsümün oyunçusu adını qazanıb.

Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 35 oyuna çıxıb, 21 qol vurub, 11 məhsuldar ötürmə verib. Osimhen Nigeriyanın U-17 yığması ilə 2015 Dünya Kubokunun, U-23 yığması ilə 2015 Afrika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı nigeriyalı hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
6
arena.az

8Mənbələr