AZ

Konte: “Osimheni satsaydıq, canımız qurtarardı”

“Napoli”nin baş məşqçisi Antonio Konte “eşşəkciklər”in nigeriyalı mətkəz hücumçusu Viktor Osimhenin transfer uğursuzluğundan danışıb.

Arena.az Football Italia” nəşrinin DAZN şəbəkəsinə istinadı əsasında, italyan mütəxəssisin bu barədə çıxışını təqdim edir:

“Müəyyən vəziyyətlərə görə transfer fəaliyyətimiz ləngidi. Osimheni sata bilsəydik, vəziyyət daha yaxşı olardı, amma baş verənləri dəyişmək mümkün deyil, biz isə davam edirik”, deyə Konte bildirib.

Daha əvvəl mətbuatda məlumat yayılmışdı ki, son transfer pəncərəsində Osimhen “Çelsi”yə və ya Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna keçməyə yaxındır. Amma avqustun 30-da Osimhen bütün təklifləri rədd edib.

Vurğulayaq ki, Osimhen yeni mövsümdə hələ heç bir oyunda iştirak etməyib.

Viktor Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro məbləğ müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024-cü illər mövsümündə Osimhen “Napoli”nin heyətində bütün yarışlarda 32 oyuna çıxb, 17 qol vurub, 4 məhsuldar ötürmə verib. Osimhenin “Napoli”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 133 oyun, 76 qol, 18 məhsuldar ötürmə.

Osimhen “Napoli” ilə 2022/2023-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi olub. Həmçinin nigeriyalı hücumçu həmin mövsümdə 26 qolla yarışın ən sərrast futbolçusu və mövsümün oyunçusu adını qazanıb.

Viktor Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 35 oyuna çıxıb, 21 qol vurub, 11 məhsuldar ötürmə verib. Osimhen Nigeriyanın U-17 yığması ilə 2015 Dünya Kubokunun, U-23 yığması ilə 2015 Afrika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı nigeriyalı hücumçunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
6
arena.az

8Mənbələr