RU

"Legion Financial” ASC-nin yeni səhmləri ticarətə buraxılır - TARİX

5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib. 

Qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

13 sentyabr 2024-cü il tarixindən başlayaraq 17 sentyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində "Legion Financial” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır.

Səhmlər üzrə yerləşdirmə 23 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ1001025464

Səhmlərin növü və forması:  Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı:  10,000 (ədəd)

İlkin ticarət qiyməti:  100 manat

Buraxılış həcmi:  1,000,000 manat

Anderrayter:  “Assist Finance İ.Ş” ASC

Ticarətə buraxılma tarixi: 23.09.2024

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
14
marja.az

10Источники