AZ

"Hermes Finance" ASC Səhmləri ticarətə buraxılır: İlkin qiymət 300 manat - BFB

17 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Hermes Finance” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.

Qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 19 sentyabr 2024-cü il tarixinə kimi 3  gün ərzində "Hermes Finance” ASC-nin səhmləri üzrə abunə yazılışı olacaq.

Səhmlər üzrə yerləşdirmə 20 sentyabr 2024-cü il tarixində baş tutacaq.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Hermes Finance” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001020523

Səhmlərin növü və forması

Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı

500 (ədəd)

İlkin ticarət qiyməti

300 manat

Buraxılış həcmi

150,000 manat

Anderrayter

“Assist Finance İ.Ş.” ASC

Ticarətə buraxılma tarixi

20.09.2024

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
15
fins.az

10Mənbələr