AZ

Lizinq şirkətinə əlavə maya qoyulur - səhmləri yerləşdiriləcək

17 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə lizinq şirkəti "Hermes Finance” ASC-nin 150 min manatlıq səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmib.

Birjanın yaydığı məlumata görə, qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.

17 sentyabr 2024-cü il tarixindən başlayaraq 19 sentyabr 2024-cü il tarixinə kimi 3  gün ərzində "Hermes Finance” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 20 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Hermes Finance” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ1001020523

Səhmlərin növü və forması: Səhm adi, sənədsiz, adlı

Ticarət üsulu/forması:  Kütləvi/Abunə yazılışı

Səhmlərin sayı:  500 (ədəd)

İlkin ticarət qiyməti: 300 manat

Buraxılış həcmi:  150 000 manat

Anderrayter: “Assist Finance İ.Ş.” ASC

Ticarətə buraxılma tarixi: 20.09.2024

Hermes Finance
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
14
marja.az

10Mənbələr