RU

Erik ten Haq XXI əsrdə MY-də daha bir antirekord vurdu

Premyer Liqanın 3-cü turunda evdə “Liverpul”a məğlubiyyət “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq üçün xoşagəlməz olub.

Arena.az xatırladır ki, bu oyunda “qırmızı şeytanlar” doğma “Old Trafford”da 0:3 hesablı məğlubiyyətə üzülüblər.

Niderlandlı mütəxəssis “Mançester Yiunayted”in sükanı arxasında 118-ci oyununda 34-cü məğlubiyyətini alıb ki, bu da 69 qələbə və 15 heç-heçə mənzərəsində faiz nisbəti ilə 28,81%-ə bərabərdir. Müvafiq məğlubiyyət faizi “Mançester Yunayted”-in 100-dən çox oyun keçirmiş çalışdırıcıları arasında XXI əsrdə ən bərbad nəticədir.

Ümumikdə isə müvafiq məğlubiyyət faizi “qırmızı şeytanlar”ın sükanı arxasında 100-dən artıq oyun keçirmiş mütəxəssislər arasında 2-ci ən pis nəticədir.

1972-1977-ci illərdə “Mançester Yunayted”i çalışdırmış şotland mütəxəssis Tommi Doxerti daha pis göstəriciyə malikdir – 159 oyundan 51-də məğlubiyyət 32,07% faiz təşkil edir.

Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı indiyə qədər 118 oyuna çıxarıb, 69 qələbə, 15 heç-heçə, 34 məğlubiyyət yaşayıb. Topların fərqi isə 216:169 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
72
6
arena.az

6Источники