AZ

"Ten Haq hər şeydə nizam-intizamı sevir”

"Mançester Yunayted"in müdafiəçisi Mattheys de Liqt "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq haqda danışıb.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı oyunçu ten Haqın onun Mançester klubuna keçmək qərarına təsir etdiyini və Haqın təkcə futbol meydançasında deyil, ondan kənarda da çox tələbkar olduğunu bildirib.

“O, necə davrandığınıza, bədəninizə necə qulluq etdiyinizə, necə dincəldiyinizə və necə yatdığınıza baxır. Ten Haq həqiqətən hər şeydə nizam-intizamı sevir”

Xatırladaq ki, bu yay de Liqt “Bavariya”dan “Mançester Yunayted”ə keçib. Müdafiəçi artıq İngiltərə çempionatında üç oyunda iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
6
90deqiqe.az

6Mənbələr