AZ

Ten Haq: “Mançester Yunayted”in əsas fəsadı mən deyiləm”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq əmindir ki, əvvəlki səviyyəsinə çata bilməyən “qırmızı şeytanlar”ın fəsadı onda deyil.

Arena.az “Goal” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Siz ciddisiniz? Mən belə düşünmürəm. Əks halda nə kuboklar qazanmazdıq, nə də ciddi rəqibləri məğlub edə bilməzdik. Mən sizə yazığım gəlir”, deyə “qırmızı şeytanlar”ın baş məşqçisi vurğulayıb.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 3-cü turunda “Old Trafford”da “Liverpul”a 0:3 hesablı məğlubiyyətdən sonra Erik ten Haqın “Mançester Yunayted”in sükanı arxasında gələcəyi ilə bağlı şübhələr artmağa başlayıb.

Hazırda “Mançester Yunayted” 3 xalla Premyer Liqanın yarış cədvəlində 14-cü pillədə qərarlaşıb.

Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı indiyə qədər 118 oyuna çıxarıb, 69 qələbə, 15 heç-heçə, 34 məğlubiyyət yaşayıb. Topların fərqi isə 216:169 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
6
arena.az

6Mənbələr