AZ

MY Erik ten Haqın gələcəyi ilə bağlı mövqeyini açıqladı

“Mançester Yunayted”in icraçı direktoru Omar Berrada “qırmızı şeytanlar”ın baş məşqçi Erik ten Haqın gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az klub rəsmisinin niderlandlı mütəxəssisin gələcəyi ilə bağlı verdiyi cavabı təqdim edir:

“Erik ten Haq bizim tam dəstəyimizə malikdir. Biz yay transfer pəncərəsi zamanı çox sıx əməkdaşlıq etmişik. Biz onun ən yaxşı nəticələr əldə etməsinə kömək etmək üçün məşqçi ilə daim əlaqə saxlamağa davam etmək niyyətindəyik”, deyə Berrada bildirib.

Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı indiyə qədər 118 oyuna çıxarıb, 69 qələbə, 15 heç-heçə, 34 məğlubiyyət yaşayıb. Topların fərqi isə 216:169 nisbətindədir.

Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.

Xatırladaq ki, daha əvvəl İngiltərə Premyer Liqanın 3-cü turunda evdə “Liverpul”a məğlubiyyət Erik ten Haq üçün xoşagəlməzliklə nəticələnib. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ın Old Trafford”da 0:3 hesablı məğlubiyyəti mənzərəsində “Mançester Yunayted” azarkeşlərinin ağır tənqidi ilə üzləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
6
arena.az

6Mənbələr