Rusiyada daha bir Mi-8 helikopteri yoxa çıxıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-də məlumat qeyd olunub.
İrkutskdan havaya qalxan Mi-8 helikopterlə Buryatiya ilə sərhəddə əlaqə kəsilib.
Müstəntiqlər hadisənin baş vermə şəraitini müəyyənləşdirirlər.
Təyyarənin göyərtəsində olan insanların sayı ilə bağlı məlumat dəqiqləşdirilir.
Xatırladaq ki, avqustun 31-də Kamçatkada göyərtəsində 22 nəfərin olduğu turist helikopteri (Mi-8) yoxa çıxmışdı. Onun qalıqları sentyabrın 1-də tapılıb. Qəzaya səbəb pilotun səhvi olub.
Ağarza Elçinoğlu