AZ

Ötən ay Rusiyada nə qədər minik avtomobili SATILIB?

2024-cü ilin avqustunun sonunda Rusiyada 148,3 min yeni minik avtomobili satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,1% çoxdur.

 

Modern.az xəbər verir ki, bu barədə "Autostat" analitik agentliyi məlumat yayıb.

 

Brend reytinqində "Lada" 38,6 min ədəd nəticə ilə liderliyini qoruyub saxlayır. Yayın sonunda yerli brendin payı bazarın 26%-ni təşkil edib. Ən məşhur xarici brend titulu yenə "Haval" (18,6 min ədəd) olub. Üçüncü yerdə "Chery" (16,5 min ədəd), sonra daha beş Çin brendi qərarlaşıb - "Geely", "Changan", "Omoda", "Jetour" və "Exeed". Belarus brendi "Belgee" 9-cu yerdədir, "Jaecoo" ilk onluğu tamamlayır.

 

Reytinqdə yer alan 10 brenddən 8-i yayın sonunda müsbət satış artımı dinamikası göstərib. Avqustda ən çox satılan model 18,8 min ədəd nəticə ilə "Lada Granta" olub. "Lada Vesta" ikinci yeri tutur və "Haval Jolion" krossoveri yenidən xarici avtomobillər arasında bestseller olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
50
modern.az

10Mənbələr