AZ

Rusiyada itən "Mi-8" helikopteri sərt eniş edib

"İrkutskdan 85 km məsafədə sanitar reyslə uçan helikopter sərt eniş edib, hamı sağ qalıb".
 
Bunu Buryatiya başçısı Aleksey Tsıdenov deyib.
 
"Bizim "Barquzin" aviaşirkətimizin sanitar reysini həyata keçirən helikopter sərt eniş edib. Ekipaj əlaqəyə çıxıb, hamı sağdır, ilkin məlumata görə, ikisində cüzi xəsarətlər var, digər şəxslər də xəsarət almayıblar", - deyə o bildirib.
 
Hazırda axtarış və xilasetmə tədbirləri həyata keçirilir.
 
12:46
 
Rusiyada "Mi-8" helikopteri ilə əlaqə itib. Nəqliyyatda Şərq Regionlararası İstintaq İdarəsinin müstəntiqləri Buryatiya ilə İrkutsk vilayəti sərhədində "Mi-8" helikopteri ilə əlaqənin itməsi hadisəsini araşdırırlar.
 
Bu barədə qurumun "Telegram" kanalında məlumat verilib.
 
"İlkin məlumata görə, 3 sentyabr 2024-cü il tarixində İrkutsk-Orlik marşrutu üzrə uçan "Mi-8" helikopteri ilə Buryatiya Respublikası və İrkutsk vilayəti sərhədində əlaqə itirilib. Bortda olan insanların sayı və hadisənin təfərrüatları dəqiqləşdirilir", - deyə qurumdan bildirilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
50
moderator.az

10Mənbələr