AZ

Rusiyada yenə səfərbərlik olacaq? - Kremldən cavab

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyada yeni səfərbərliyin müzakirə olunub-olunmaması ilə bağlı suala mənfi cavab verib.

 

Modern.az xəbər verir ki, o, TASS-a bu barədə Şərq İqtisadi Forumunda bildirib.

 

"Belə müzakirələr yoxdur", - sözçü qeyd edib.

 

Rusiyada qismən səfərbərlik 2022-ci ilin sentyabr və oktyabr aylarında olub. Müdafiə Nazirliyinin məlumatına görə, bu müddət ərzində 300 mindən çox insan hərbi xidmətə çağırılıb. 2023-cü ildə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin verdiyi məlumata görə, müqavilə əsasında 500 min nəfər Rusiya Federasiyası Silahlı Qüvvələrinə qəbul edilib.

 

2024-cü ilin birinci yarısında 190 min insan müqavilə imzalayıb. Vladimir Putin iyunun ortalarında hərbi əməliyyat zonasında 700 minə yaxın Rusiya hərbçisinin olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
modern.az

10Mənbələr