Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-nin Rusiya ilə münasibətlərindən danışıb.
Sfera.az bildirir ki, o, bu barədə Pensilvaniyada tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Tramp Moskva ilə əlaqələrin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. O hesab edir ki, bu, düzgün strateji yanaşmadır: “Rusiya ilə anlaşma yaxşı şeydir, bu, ağıllı addımdır”.
Tədbir RSBN media şirkətinin “YouTube” kanalında yayımlanıb. Tramp prezidentliyi dövründə Rusiya prezidenti Vladimir Putinlə isti münasibət saxladığını vurğulayaraq, “O, mənə hörmət edirdi”, - qeyd edib.
Digər tərəfdən, Kremldən bununla bağlı açıqlama gəlib. Bəyanatda həmin illərdə tətbiq edilən yeni məhdudiyyətlər xatırladılıb və Rusiya üçün xüsusilə yaxşı heç nə edilmədiyi bildirilib.
Günay