AZ

Trampdan dünya müharibəsi xəbərdarlığı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Üçüncü Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edib. Bayden administrasiyasını tənqid edən Tramp müharibələrin qarşısını ala biləcək yeganə namizəd olduğunu iddia edib. Tramp Ukrayna müharibəsinə son qoyacağını bildirib.

"Düşünürəm ki, biz 3-cü Dünya Müharibəsinə əvvəlkindən daha yaxınıq"

Turkustan.az xəbər verir ki, bu açıqlamalar ABŞ-ın keçmiş prezidenti və 2024-cü il Respublikaçılar Partiyasından prezidentliyə namizəd Trampa məxsusdur.

Tramp Miçiqan ştatında Milli Qvardiya qarşısında çıxış edib.

O, çıxışında Ukraynanın Rusiya ərazisində irəliləməsinin yeni dünya müharibəsinə səbəb ola biləcəyini iddia edib.

"Ukraynada baş verənlərə baxın. Onlar Rusiya ərazisində irəliləyirlər. Üçüncü Dünya Müharibəsi olacaq", - o deyib.

O, Ukraynadakı müharibəni bitirəcəyini iddia edib

Donald Tramp Bayden administrasiyasını tənqid edərək, sonsuz müharibələrə son verə biləcəyini deyib.

Dünyanın görünməmiş təhlükələrlə üz-üzə qaldığını bildirən Tramp, xüsusilə ABŞ-ın üzləşdiyi təhlükələrin qarşısını ala biləcəyini bildirib.

Tramp prezident seçiləcəyi təqdirdə Ukraynada müharibəyə son qoyacağını iddia edib.

O, həmçinin NATO üzvlərindən daha çox maliyyə yardımı tələb edəcəyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
126
50
turkustan.az

10Mənbələr