AZ

Donald Trampdan dünya müharibəsi xəbərdarlığı

“Düşünürəm ki, biz 3-cü Dünya Müharibəsinə əvvəlkindən daha yaxınıq”.

“İki sahil”in məlumatına görə, bu bəyanatla ABŞ-ın keçmiş prezidenti və bu ilin noyabr ayında keçiriləcək seçkilərdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Tramp çıxış edib.

Miçiqanda Milli Qvardiya qarşısında çıxış edən Trampın sözlərinə görə, Ukraynanın Rusiya ərazisində irəliləməsi yeni dünya müharibəsinə səbəb ola bilər: "Ukraynada baş verənlərə baxın. Onlar Rusiya ərazisində irəliləyirlər. Üçüncü Dünya Müharibəsi olacaq".

O, Bayden administrasiyasını tənqid edərək, sonsuz müharibələrə son verə biləcəyini deyib.

Dünyanın görünməmiş təhlükələrlə üzləşdiyini deyən Tramp, xüsusilə ABŞ-ın üzləşdiyi təhlükələrin qarşısını ala biləcəyini bildirib.

Tramp prezident seçiləcəyi təqdirdə Ukraynada müharibəyə son qoyacağını iddia edib.

O, həmçinin NATO üzvlərindən daha çox maliyyə yardımı tələb edəcəyini bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
181
50
ikisahil.az

10Mənbələr