RU

Bakıda TIR dəhşət saçdı: Gənc oğlanın üzərindən keçdi

"Bakıda metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş verən qəzada həyatını itirən şəxs 2004-cü il təvəllüdlüdür".

Bu məlumatı  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Rüstəm Əhmədli verib.

"Hadisə avqustun 28-i saat 22:55-də Nizami rayonu Nəsimi küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində baş verib. "Mercedes-Benz" markalı 01-AG-269 dövlət nömrə nişanlı yük avtomobili motosiklet sürücüsünü vurub. Hadisə nəticəsində motosikletin sürücüsü, 2004-cü il təvəllüdlü İsa Fikrət oğlu Əliyev həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.

 

Bakıda metronun "Qara Qarayev" stansiyasının yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, motosiklet sürücüsü İsa Əliyev TIR-ın altında qalaraq ölüb.

Hadisənin necə baş verdiyi məlum deyil. / Oxu.az

Избранный
153
50
sitat.info

10Источники