AZ

Bakıda qadın sürücü qəza törətdi - Piyada öldü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ə. Haqverdiyev küçəsində qeydə alınıb.

Ötən gün saat 22 radələrində Almaz Əliyeva idarə etdiyi “Toyota RAV 4” markalı avtomobillə 1963-cü il təvəllüdlü Lazım Təzəxan oğlu Talıbovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
qafqazinfo.az

10Mənbələr