AZ

Bakıda xanım müəllim ağır qəza törətdi

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə ötən gecə paytaxtın Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeyd alınıb.

A. Vəzirova idarə etdiyi “Toyota RAV4” markalı minik avtomobili ilə yolu keçən Lazım Təzəxan oğlu Talıbovu vurub. 1966-cı il təvəllüdlü piyada hadisə yerində ölüb.

Əldə etdiyimiz məlumata görə, qəzanı törədən xanım sürücü Yasamal rayonunda yerləşən məktəblərdən birinin müəllimidir. O, dünən gecə seçki məntəqəsində işini başa çatdırdıqdan sonra hadisəni törədib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
publika.az

10Mənbələr