RU

Hindistanda zavodda partlayış baş verib, ölənlər var

Hindistanda “Escientia” əczaçılıq şirkətinin dərman preparatları istehsal olunan zavodunda baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 18 nəfər müstəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə “The Indian Express” mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, insident Andhra Pradeş ştatının Anakapalle şəhərindəki zavodda baş verib. Orada bir çox əczaçılıq şirkətinin yerləşdiyi Atçutapuram Xüsusi İqtisadi Zonası yerləşir.

“Əczaçılıq reaktoru partlayıb, daha sonra isə orada yanğın başlayıb. Yanğının səbəbi qısaqapanma olub”, - ştat polisinin açıqlamasında deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
13
operativmedia.az

10Источники