Təmir işləri, təhsil müəssisələrinin şagirdlər üçün daha təhlükəsiz, rahat və müasir tədris mühiti təmin etmək məqsədi daşıyır.
Bu proses, tədris keyfiyyətini artırmaq və şagirdlərin təhsilə olan marağını daha da yüksəltmək üçün əhəmiyyətli addımlardan biridir. Hazırda Bakıda neçə məktəbdə təmir işləri görülür? Neçə yeni məktəb binası tikilir? Bu məktəblərdə təmir işləri nə vaxta yekunlaşacaq?
Bu suallara cavab tapmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 9 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır:
"Paytaxtdakı 313 nömrəli tam orta məktəb üçün əlavə korusun tikintisi, əsas korpusun əsaslı təmiri, 57, 68, 141, 151 nömrəli məktəblərin sökülərək yenidən inşası, 59 və 324 nömrəli məktəblərin, 328 nömrəli uşaq bağçasının və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam edir.
Eləcə də, ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.
Onu da qeyd edək ki, Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Sources
-
demokrat.azBakıda neçə yeni məktəb binası tikilir? — RƏSMİ CAVAB ( 9479330)
-
qaynarinfo.azBakıda neçə yeni məktəb binası tikilir? - RƏSMİ CAVAB ( 9477638)
-
valyuta.azBakıda neçə yeni məktəb binası tikilir? - RƏSMİ CAVAB ( 9477335)
-
far.azTəhsilBakıda neçə yeni məktəb binası tikilir? ( 9475604)
-
baku.wsBakıda neçə yeni məktəb binası tikilir? ( 9474833)
-
bizim.mediaQubada modul tipli məktəb binası quraşdırıldı - FOTO ( 9431570)
-
fed.azBu şirkət Qarabağda təmir işlərindən 2,2 milyon - QAZANACAQ ( 9365824)
-
525.azBakıda doqquz məktəbdə tikinti və əsaslı təmir işləri aparılır ( 9328614)
-
kaim.azŞəhidin adını daşıyan, 800 şagirdin oxuduğu məktəb TÖVLƏNİ xatırladır – uçan təhsil ocağı nə vaxt təmir olunacaq? ( 9323067)
-
hurriyyet.azŞəhidin adını daşıyan, 800 şagirdin oxuduğu məktəb TÖVLƏNİ xatırladır - uçan təhsil ocağı nə vaxt təmir olunacaq? ( 9317781)