AZ

Bakıda neçə yeni məktəb binası tikilir? - RƏSMİ CAVAB

Yeni tədris ilinin başlanmasına bir aydan bir az çox müddət qalıb. Bu müddət ərzində Bakıda bir sıra məktəblərdə təmir və yenidənqurma işləri həyata keçirilir.

Təmir işləri, təhsil müəssisələrinin şagirdlər üçün daha təhlükəsiz, rahat və müasir tədris mühiti təmin etmək məqsədi daşıyır.

Bu proses, tədris keyfiyyətini artırmaq və şagirdlərin təhsilə olan marağını daha da yüksəltmək üçün əhəmiyyətli addımlardan biridir. Hazırda Bakıda neçə məktəbdə təmir işləri görülür? Neçə yeni məktəb binası tikilir? Bu məktəblərdə təmir işləri nə vaxta yekunlaşacaq?

Bu suallara cavab tapmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 9 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır:

"Paytaxtdakı 313 nömrəli tam orta məktəb üçün əlavə korusun tikintisi, əsas korpusun əsaslı təmiri, 57, 68, 141, 151 nömrəli məktəblərin sökülərək yenidən inşası, 59 və 324 nömrəli məktəblərin, 328 nömrəli uşaq bağçasının və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam edir.
Eləcə də, ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Onu da qeyd edək ki, Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.

Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
34
valyuta.az

10Mənbələr