AZ

Bakıda doqquz məktəbdə tikinti və əsaslı təmir işləri aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 9 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.

525.az-a bu barədə idarədən məlumat verilib.

Qeyd olunub ki, paytaxtdakı 313 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, əsas korpusun əsaslı təmiri, 57, 68, 141, 151 nömrəli məktəblərin sökülərək yenidən inşası, 59 və 324 nömrəli məktəblərin, 328 nömrəli uşaq bağçasının və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam edir.

Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.

Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
19
525.az

10Mənbələr