AZ

Qubada modul tipli məktəb binası quraşdırıldı - FOTO

Quba rayonunun Çiçi kəndində 128 şagird yerlik modul tipli məktəb binası quraşdırılıb.

Bizim.Media xəbər verir ki, məktəb yeni dərs ilindən kollektivin istifadəsinə veriləcək. Hazırda binada son tamamalama və daxili tərtibat işləri həyata keçirilir.

Məktəb 9 sinif otağı və 1 müəllimlər otağından ibarətdir. Məktəbin həyətində idman qurğuları və meydança inşa edilib. Təhsil ocağı müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək.

Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.



Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
34
bizim.media

10Mənbələr