"Yeni parlament yeni insanlardan təşkil olunmaldıır, millətə, dövlətə bağlı olan şəxslər mandat almalıdır".
"Cebhe.info" xəbər verir ki, bunu ADP sədri Sərdar Cəlaloğlu "Azpost"-a müsahibəsində deyib.
O qeyd edib ki, Rusiyanın, Azərbaycanı istəməyən digər dövlət və qüvvələrin təsiri altında olan şəxslərin Milli Məclisə buraxılması ənənəsinə son qoyulmalıdır:
"Korrupsionerlərin, iş adamlarının, yaradıcı şəxslərin, müğənnilərin parlamentə düşməsinin qarşısı alınmalıdır. Məsələn, redaktorlar, jurnalistlər namizəd olurlar. Necə ola bilər ki, “dördüncü hakimiyyətin” nümayəndəsi gedib qanunverici orqanda oturur?! Bu gün idmançılar, müğənnilər, jurnalistlər, qeyri-siyasilərin bir çoxu deputatlığa iddialıdır. Mən başa düşmürəm, parlament oyuncaqdır? Parlament siyasi müstəvidə formalaşmalıdır, siyasi çəkişmə meydanı olmalıdır".
"Cebhe.info"